• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Komissiyası koronavirusa görə Azərbaycana 140 milyon avro ayırdı

Avropa Komissiyası koronavirusa görə Azərbaycana 140 milyon avro ayırdı
29.05.2020 00:06
Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Anews.az report-a istinadən xəbər verir ki, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda həm Aİ, həm də tərəfdaş ölkələr üçün çox ağır bir dövrdür: "Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.

Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələr təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur.

Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır və adıçəkilən zəruri ləvazimatların birlikdə və səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırıb. Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcək.
Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırmışdır. Sözügedən vəsaitlər "Sürətli cavab mexanizmi" kimi hazırda davam edən regional proqram vasitəsilə bu ölkələrdə distant təhsilin inkişafına dəstək verərək ilkin ehtiyacları qarşılamaqdadır. Avropa Komissiyası, yay fəslinə qədər sözügedən dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətinə, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş "Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı"nın icrasına başlamağı nəzərdə tutur.
Avropa İttifaqı, "TEAM EUROPE” kimi Aİ-yə üzv dövlətlərdə fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları (BMQ-lər) və müvafiq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək KOM-lar daxil olmaqla, real iqtisadiyyata Avropanın əlaqələndirilmiş dəstəyini təmin edir və buraya aşağıdakı vasitələr daxildir:
- Özünüməşğul və digər şəxslər daxil olmaqla, KOM-ların kreditlərə asan çıxış imkanına kömək və böhrandan sonra onların bizneslərinin inkişafına şərait yaratmaq üçün 100 milyon avro dəyərində yeni dəstək proqramının icrası;

- EU4Business təşəbbüsü və digər vasitələrlə KOM-lar üçün nəzərdə tutulmuş 200 milyon avro dəyərində olan və yerli valyutalarla ödənilən mövcud kredit xətlərinin və qrantların asanlaşdırılması, sadələşdirilməsi, sürətləndirilməsi və gücləndirilməsi;

Bundan əlavə, cari böhran vəziyyətində Aİ risklərin idarə edilməsi üzrə 500 milyon avro həcmində əsas vasitəsi olan Avropa Dayanıqlı İnkişaf Fondunu (EFSD) səfərbər edib. Bu yolla dərhal likvidlik təmin olunacaq və BMQ-lar təcili şəkildə ondan istifadə edərək Aİ-nın qonşuluğunda dövriyyə kapitalı, maliyyə ticarəti, habelə borc xidməti üzrə moratorium və digər yollarla likvidliyi təşviq edəcək.

Avropa Komissiyası həmçinin fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlıq planlarının və səhiyyə sistemlərinin qiymətləndirilməsinə dair Aİ-yə üzv dövlətlərin təcrübəsindən və qabaqcıl təcrübələrdən istifadə edərək özünün qarşılıqlı əməkdaşlıq aləti olan TAIEX vasitəsilə də Aİ ilə Azərbaycanlı ekspertlər arasında ən yaxşı təcrübə mübadiləsinin aparılmasına yardım etməyə hazırdır.

COVID-19 virusunun kütləvi şəkildə yayılması həm Avropa İttifaqı daxilində, həm də xaricində yerləşən mənbələrdən bu virus haqqında çoxlu sayda mif və dezinformasiyaların yayılmasını sürətləndirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol