• $
  • €
  • ₽
  • ₺
  • £

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA

Maskasız evdən çıxanlar cərimələnəcək? - AÇIQLAMA
30.03.2020 22:04
Sumqayıt şəhərində polislər tərəfindən vətəndaşlara sabahdan evdən maskasız çıxan hər kəsin cərimələnəcəyi deyilib.  
Oxu.Az xəbər verir ki, bu barədə şəhərin müxtəlif istiqamətlərində insanlara yaxınlaşan polis əməkdaşları məlumat verib.  
Cərimə tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin mətbuat Xidmətinin Rəhbəri İbrahim Məmmədovla əlaqə saxladıq.  

İ.Məmmədov redaksiyamıza açıqlamasında maska istifadə etmədən küçəyə çıxan şəxslərin cərimə edilməsi ilə bağlı onda heç bir məlumatın olmadığını bildirdi.  
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, aidiyyəti orqanların əməkdaşları mövcud vəziyyətin ciddiliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib:  
"Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətlər insanların sağlamlıqlarına daha ciddi yanaşması üçündür. Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarlara görə, maskasız küçəyə çıxmaq təhlükəlidir. Əgər karantin rejimi dövründə edilən xəbərdarlıqlara əhəmiyyət verilməzsə, o halda cərimə tətbiq oluna bilər”.  
Xatırladaq ki, ölkədə koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı Nazirlər Kabineti tərəfindən tətbiq edilən xüsusi karantin rejim daha da gücləndirilib. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. Məlumatda koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunub. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol