• $
  • €
  • ₽
  • ₺
  • £

Dilqəm Rusiya vətəndaşıdır - FOTO

Dilqəm Rusiya vətəndaşıdır - FOTO
24.07.2014 19:36
“Səfir Doroxin Milli Məclis sədrinə yalan məlumat verib. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”. Bu sözləri “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova Rusiya səfirliyinin “Kəlbəcərdə girov götürülmüş şəxslərin heç biri Rusiya Federasiyasının vətəndaşı deyil” açıqlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin vəzifələrindən biri də əsir-girov götürülmüş və ya itkin düşmüş şəxslərə hüquqi yardın göstərməkdir. Girov götürülmüş hər 3 girovun ailə üzvləri əzizlərinin qaytarılması ilə bağlı ərizələrin, müraciətlərin hazırlanmasında onlara hüquqi yardım etmək üçün icimai birliyimizə müraciət ediblər: “Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunu da gətirmişdilər. Atasının xahişi ilə Rusiya səfirliyinə onun azad edilməsi ilə bağlı yazdığım ərizəyə Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğunu təsdiq edən pasportunun surətini də əlavə edərək ünvanlamışam. İyul ayının 21-də həmin məktubu ailə üzvləri Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə təqdim edən zaman məktubun məzmunu ilə tanış olduqdan sonra müraciətin poçtla göndərilmədiyini bəhanə gətirərək qəbul etməkdən imtina ediblər.
Girov götürülmüş Quliyev Şahbaz Cəlal oğlunun həyat yoldaşı, 1982-ci il təvəllüdlü Veselova Albina İvanovna Rusiya Federasiyasının vətəndaşıdır. Şahbazla rəsmi nikahda olan Albina İvanovna RF Perm vilayəti, Bolşesosnovskiy rayonu, Çernokskoye kəndində daimi qeydiyyatdadır. Onların birgə nikahdan 2005-ci il təvəllüdlü Elza adlı bir qızları var. Həyat yoldaşı və qızı hazırda Azərbaycanda yaşayırlar. Şahbazın həyat yoldaşı və bacısı oğlu Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində olan zaman onlara “Şahbaz Azərbaycan Respublikasının vətəndaşıdır, əgər Rusiya Federasiyasının vətəndaşı olsaydı, biz məsələyə qarışa bilərdik”, deyiblər”.
Esmira Orucova bildirib ki, hazırda RF-nin Azərbaycandakı səfirliyi Dilqəmin Rusiya Federasiyasının vətəndaşı olduğu halda yaxınlarının onun qaytarılmasına yardım edilməsi ilə bağlı təqdim etdikləri məktubu almaqdan imtina edir.
Aznews.az 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol