• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR

Prezident fövqəladə vəziyyətlə bağlı FHN-ə hansı səlahiyyətləri verib? - DETALLAR
29.05.2020 06:54
Prezident İlham Əliyev martın 30-da "Fövqəladə vəziyyət haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanında dəyişiklik edib.

Oxu.Az-ın məlumatına görə, fərmanla Fövqəladə Hallar Nazirliyinə yeni səlahiyyət verilib.

Sənədin 1.3-cü bəndinə "Daxili İşlər Nazirliyi,” sözlərindən sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilib.

"Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş  "icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
Ölkə başçısının fərmanı ilə artıq Fövqəladə Hallar Nazirliyi də bu siyahıya daxil edilib.

Həmin maddələrdə nələr yazılıb?

"Fövqəladə vəziyyət haqqında” qanunun 11-ci maddəsinə nəzər yetirək. Orada yazılıb ki, fövqəladə vəziyyət rejimini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələrindən istifadə olunur.

15.1-ci maddədə qeyd olunub ki, müvafiq icra hakimiyyəti orqanlarının fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş əməkdaşlarına, hərbi qulluqçularına, eləcə də, digər şəxslərə Azərbaycan qanunvericiliyinə uyğun olaraq əlavə güzəştlər və kompensasiyalar müəyyən edilə bilər.

Qanunun 28-ci maddəsi fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak edən şəxslərin məsuliyyəti ilə əlaqədardır.
Bildirilir ki, müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları, hərbi qulluqçuları tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, silahın, hərbi və xüsusi texnikanın qanunsuz tətbiq olunması, eləcə də, fövqəladə vəziyyət rejimini təmin edən vəzifəli şəxslərin xidməti səlahiyyətlərini aşması, o cümlədən, insan və vətəndaşların hüquq və azadlıqlarının pozulması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

12.2.5-ci maddə isə müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirakla bağlıdır

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol