• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ

Karantin rejimini pozan daha üç nəfər məsuliyyətə cəlb olundu - RƏSMİ
31.03.2020 11:07
Ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında qaydaları pozan daha üç nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar 30-31 mart tarixləri ərzində polis əməkdaşları Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla, 343 nəqliyyat vasitəsini geri qaytarıb.Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan da 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla, 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. 

Analoji vəziyyət Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postunda da müşahidə edilib. Belə ki, 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla, 202 nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən geri qaytarılıb.      

19-31 mart tarixləri müddətində 8485 nəqliyyat vasitəsi rayon, 24-31 mart tarixləri ərzində isə 5751 nəqliyyat vasitəsi paytaxt istiqamətinə geri qaytarılıb.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə, üç nəfər məsuliyyətə cəlb edilib.

Ümumilikdə, bu günə qədər 14236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol