• $
  • €
  • ₽
  • ₺
  • £

Özəl klinikanın bağlanması məsələsinə rəsmi münasibət

Özəl klinikanın bağlanması məsələsinə rəsmi münasibət
24.07.2014 18:31
Səhiyyə Nazirliyi Bakıda özəl klinika olan “Lanset” cərrahlıq klinikasının bağlanması məsələsinə rəsmi münasibət bildirib.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, özəl klinikanın lisenziyası bitdiyi üçün onun fəaliyyəti dayandırılıb.

A. Qədirli qeyd edib ki, klinikanın fəaliyyətini davam etdirməsi üçün yenidən Səhiyyə Nazirliyinə müraciət edilib və hazırda sənədləşmə gedir: “Təkrar lisenziya almaq üçün müəyyən prossedurlar həyata keçirilməlidir. Bu müddətdə klinikaya baxış keçiriləcək, məsələyə müvafiq komissiyada baxılacaq. Bu proseslər təxminən 2 həftəyə qədər davam edir. Klinikanın fəaliyyətində hansısa qüsurlar olarsa, lisenziyanın verilməsi uzana bilər. Çünki onlara qüsurların aradan qaldırılması üçün əlavə vaxt verilir. Qüsurların aradan qaldırılması artıq klinikadan asılıdır. Həmin qüsurlar 1 ilə də, 2 günə də götürə bilər. Klinikanın bu vaxta kimi olan fəaliyyətindən asılı olaraq yenidən lisenziyanın verilməsi məsələsinə baxılandan sonra müvafiq qərar veriləcək”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol