• $
  • €
  • ₽
  • ₺
  • £

Kim maska tapa bilmirsə, amma cərimələnirsə... DİN-dən AÇIQLAMA

Kim maska tapa bilmirsə, amma cərimələnirsə... DİN-dən AÇIQLAMA
01.04.2020 15:32
Azərbaycanda koronavirusun sürətlə yayılmasına baxmayaraq vətəndaşlar hələ apteklərdə tibbi maskaların olmamasından şikayətlənirlər.

Bu problem hətta sosial şəbəkələrdə paylaşılan foto və videolarda da öz əksini tapıb. Sözügedən problemin nə vaxt həll olunacağı isə hələlik sual altındadır.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın mətbuat katibi İbrahim Məmmədov bildirdi ki, maska qıtlığı dövlətin gündəlik nəzarətində olan məsələlərdən biridir: "Onun istehsalı istiqamətində də işlər görülür. İstehsal prosesi belədir ki, bir gün tez, bir gün gec ola bilir. Maskalar idxal da olunur. Bu proseslər də var. Hətta dünyada belə məhsulların bol olduğu ölkələrdə də tələbat yüksək olduğu üçün qıtlıq hiss olunur. Azərbaycanda maska istehsalına gəlincə, bu təşkil olunmaq ərəfəsindədir. Düzdür onun saatını deməkdə çətinlik çəkirəm. Amma yəqinki bir həftədən tez olacaq”.

Bundan əlavə digər bir məsələ də küçədə maskasız olan vətəndaşların cərimələnməsidir. Bununla bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı İlham Babayev bildirdi ki, əgər kimsə hər hansı aptekə müraciət edib maska tapmırsa və bu zaman çöldə olarkən ona cərimə tətbiq olunubsa, bununla əlaqədar DİN-in mia.gov.az saytına şikayətini bildirərək müraciət edə bilər. 

"Bu zaman araşdırılıb məsələyə qiymət veriləcək. Maska ilə bağlı qıtlıq var. Bu da yaxın vaxtlarda aradan qaldırılacaq. Apteklərə kifayət qədər maskalar gətiriləcək. Hətta yaxın vaxtlarda Azərbaycanda da istehsalı nəzərdə tutulur”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol