• $
  • €
  • ₽
  • ₺
  • £

İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi

İcra başçısı qaydalara riayət etməyən sakinlərə növbəti dəfə xəbərdarlıq etdi
01.04.2020 16:48
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət Vəkili Pərvin Kərimzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıblar. Yeniavaz.com xəbər verir ki, onlar səhər saatlarından başlayaraq şəhərin mərkəzi küçə və prospektlərindəki mövcud vəziyyətlə tanış olublar. 

Xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, ən əsas da yaşlı insanlarla maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb.  Yaşı 65-dən yuxarı olan sakinlərin evə göndərilməsi təmin olunub. Bununla yanaşı tək yaşayan ahıl şəxslərin ünvan və əlaqə telefonları qeyd olunub, onlara qulluq xüsusi nəzarətə götürülüb. 

Niyazi Bayramov, Pərvin Kərimzadə və Əkbər İsmayılov bir sıra əczaxana və ərzaq mağazalarında da olublar. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, tələbat yüksək olduğundan gündəlik olaraq satışa çıxarılan tibbi maskalar tez bir zamanda alınırlar. İri market və ərzaq mağazalarındakı vəziyyət isə qənaətbəxş qiymətləndirilib. Satıcı və içəridə olan az sayda alıcı ilə söhbət aparan Niyazi Bayramov kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatıladıb. Həmçinin yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırılıb. 

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə "Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol