• $
  • €
  • ₽
  • ₺
  • £

“Öz məsuliyyətlərini başa düşməsələr, biz insanları itirəcəyik” - Millət vəkili

“Öz məsuliyyətlərini başa düşməsələr, biz insanları itirəcəyik” - Millət vəkili
01.04.2020 17:21
"Koronavirusa yoluxma ölkəmizdə artan dinamika üzrə gedir və bu, pis haldır. Əgər insanlar özlərini evdə izolyasiya etməsələr, vəziyyət acınacaqlı ola bilər”.

Bunu "Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. O bildirib ki, dövlət üzərinə düşəni layiqincə yerinə yetirir: "Bir çox dünya ölkələri Azərbaycanın atdığı addımları özlərində tətbiq edib effektini görürlər. Amma bununla yanaşı, Azərbaycan vətəndaşı öz sosial məsuliyyətini anlamalı və dərk etməlidir. 

Mən deputat və vətəndaş olaraq bütün Azərbaycan xalqına çağırış edirəm ki, karantin rejiminə hər kəs əməl etsin. Zərurət yaranmadan kimsə çölə çıxmasın və hamı öz evində otursun. Virusa qarşı Azərbaycan xalqı birgə mübarizə aparsın və biz az təsirlə öz dövlətimizi, xalqımızı qoruyaq. Amma çox təəssüf ki, bəzi insanlar öz sosial məsuliyyətini başa düşmürlər. Təkcə özlərini yox, eyni zamanda, ailə üzvlərini ciddi təhlükə altında qoyurlar. Əgər insanlar öz sosial məsuliyyətini başa düşməsə, Azərbaycanda çoxlu sayda bu virusa yoluxma olacaq və biz insanları itirəcəyik. Avropa ölkələrinin təcrübəsi bir daha göstərdi ki, insanların məsuliyyətsizliyi o dövlətlərin pis vəziyyətə düşməsinə gətirib çıxardı. Hər kəsdən xahiş edirik ki, karantin rejiminə əməl etsinlər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol