• $
  • €
  • ₽
  • ₺
  • £

İcra Hakimiyyətindən koronavirusa yoluxan müavin və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA

İcra Hakimiyyətindən koronavirusa yoluxan müavin və oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA
01.04.2020 17:43
Cəlilabad Rayon İcra Hakimiyyəti icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar yayılan məlumat haqda açıqlama verib. 

Qaynarinfo-ya daxil olan məlumatı olduğu kimi təqdim edirik:

"Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılıb. 

Məsələnin mahiyyətindən xəbəri olmayanlar guya, Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq ad günü keçirməsini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxmasını iddia edirlər.

Tam məsuliyyəti ilə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir. Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməyiblər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilib.

Əslində Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək karantin rejimi dövründə əhali ilə sıx təmasda olub, onları maarifləndirib və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb. Həmçinin o, xarici ölkələrdən gətirilərək rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütamadi surətdə onlarla görüşüb və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərib. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, Rayon İcra Hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol