• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbçiləri daşıyan maşın qəza törətdi - Azərbaycanda

Hərbçiləri daşıyan maşın qəza törətdi - Azərbaycanda
24.07.2014 14:50
Masallı rayonunda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt-Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayevin idarə etdiyi  Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı, 42 BK 168 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21154”-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Məmmədağa oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hərbçilərdən isə xəsarət alan olmayıb.Hazırda faktla bağlı araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra bəlli olacaq.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol