• $
  • €
  • ₽
  • ₺
  • £

Yanacaq gömrük rüsumundan azad edildi

Yanacaq gömrük rüsumundan azad edildi
02.04.2020 11:25
Bu gündən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilib.
 
Anews.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə 2 mart 2020-ci il tarixli qərarında əksini tapıb.
 
Qərar bu gündən qüvvəyə minir  və 2021-ci il yanvarın 1-dək qüvvədədir.
 
Qeyd edək ki, indiyə qədər reaktiv mühərriklər üçün TC-1 markalı yanacağa 15 faiz idxal gömrük rüsumu tətbiq olunub.
 
Qərara əsasən, KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin də 15 faiz idxal gömrük rüsumundan azad olunub.
 
Eyni zamanda bu gündən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı 2 mart 2020-ci il tarixli qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 80 dəfə azaldılıb.
 
Bununla da TC-1 markalı reaktiv mühərrik yanacağı üçün aksiz dərəcəsi 1 ton üçün 80 manatdan 1 manata endirilib.
 
Digər reaktiv mühərrik yanacaqları üçün isə aksiz dərəcəyi 1 ton üçün 80 manat səviyyəsində saxlanılıb.
 
KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinlə bağlı da aksiz dərəcəsi 1 ton üçün  80 manatdan 1 manata endirilib. Digər məqsədlər üçün kerosinin 1 tonu üçün 80 manat aksiz dərəcəsi isə qüvvədə saxlanılıb.
 
Qərar bu gündən qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol