• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarant Sığorta”nın qadın əməkdaşının qətli ilə bağlı təfərrüatlar - FOTOLAR

“Qarant Sığorta”nın qadın əməkdaşının qətli ilə bağlı təfərrüatlar - FOTOLAR
29.05.2020 05:09
Daxili İşlər Nazirliyi 13 gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi və prokurorluğunun əməkdaşları 2014-cü il iyulun 11-də tamah məqsədilə törədilmiş qətl hadisəsinin üstünü açıblar.Məlum olub ki, Bakıxanov, 50 ünvanda yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olduqdan sonra hadisə yerinə baxış keçirilib və bu zaman qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb. T. Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib.Məlum olub ki, saxlanılan şəxs təxminən 1 il əvvəl Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. T. Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib.İyulun 11-də axşam saat 19.00 radələrində bıçaqla silahlanmış T. Tahirov N. Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub, sonra ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gedib və bıçaqla qorxudaraq pul və qızıl tələb edib. Bu zaman N. Əliyeva qışqırmağa başlayıb. T. Tahirov ona əvvəlcə sinəsindən bir bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.Ev sahibəsinin öldüyünü görən T. Tahirov mənzildə axtarış aparıb. O, N.Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun Həzi Aslanov stansiyası yaxınlığında zibil qutusuna atıb.Faktla bağlı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.Qeyd edək ki, qətlə yetirilən N. Əliyeva “Qarant Sığorta”nın əməkdaşı olub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol