• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir özəl klinika bağlandı

Bakıda daha bir özəl klinika bağlandı
24.07.2014 13:55
Bakıda fəaliyyət göstərən daha bir klinika bağlanıb. Movqe.az-ın eksklüziv olaraq əldə etdiyi məlumata görə, bir neçə gündür ki, qapısına qıfıl vurulan klinika paytaxtakı "Lanset cərrahlıq klinikası”dır.Movqe.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, klinikaya Səhiyyə Nazirliyindən verilən lisenziya müddəti başa çatdığından klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verilib. Mənbənin verdiyi xəbərə görə, klinikaya verilən lisenziya müddətinin uzadılıb-uzadılmayacağı isə hələki sual altındadır.Çünki, klinikanın külli miqdarda borcu var. Xatırladaq ki, ötən il "Lanset cərrahlıq klinikası” Dövlət Miqrasiya Xidmətinin məhkəmə iddiası ilə 30 min manat məbləğində cərimələnmişdi. Buna səbəb klinikanın keçmiş həkimi, Qazaxıstan vətəndaşı, əslən Gürcüstandan olan azərbaycanlı Vaqif Tanrıverdiyevin "Lanset”ə gəlməsi göstərilib.Kiçik araşdırma zamanı Movqe.az-ın müxbirinə adının çəkilməsini istəməyən mənbə Fərman Ceyranovun hazırda Gürcüstanda olduğunu, Tiflisin Diqomi rayonunda eyni adlı cərrahiyyə klinikası açaraq fəaliyyət göstərdiyini söyləyiblər.Movqe.az klinikanın baş həkimi Fərman Ceyranovla əlaqə saxlayaraq klinikanın bağlanması xəbərini dəqiqləşdirib. F. Ceyranov bildirib ki, yaxın vaxtlarda klinikanın fəaliyyəti yenidən bərpa olunacaq: "Klinikanın lisenziya müddəti başa çatıb. Bizdə hələki Səhiyyə Nazirliyindən cavab gözləyirik. Çox güman ki, bir həftəyə klinika fəaliyyətini bərpa edəcək". Qeyd edək ki, Səhiyyə Nazirliyinin saytında "Lanset Cərrahlıq Klinikası” MMC-nin 25931 seriyalı lisenziyasının bu ilin iyul ayının 14-də başa çatdığı qeyd olunub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol