• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandakı bütün hərbi hissələrdə taksafonlar qurulub

Azərbaycandakı bütün hərbi hissələrdə taksafonlar qurulub
24.07.2014 13:14
Regionlarda olan bütün hərbi hissələrdə şəhərlərarası taksafonlar qurulub. Bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom”İstehsalat Birliyinə verdiyi tapşırıq yüksək səviyyədə icra olunub. 
Bu məlumatı ANN.az saytına adı çəkilən nazirlikdən veriblər. Bildirilib ki, “Aztelekom”İB-nin baş direktoru Məhəmməd Məmmdəovun imzası ilə bütün Telekommunikasiya Qovaşqalarına göndərilən məktubun icrası istiqamətində atılan addım kimi xidmət ərazisində olan Müdafiə Nazirliyinin bütün hərbi hissələrində qurulan taksafionlar istismardadır. Buunla əlaqədar olaraq tələbata uyğun telefon nömrələri ayrılıb. Ayrılmış nömrələrin yalnız 123-124 (“Tackart”) prefikisinə çıxışı təmin edilib. Hərbi hissələrdə mobil telefonların istifadəsi qadağan olunduğundan və əsgərlərin taksafon xidmətindən kütləvi istifadəsini nəzərə alaraq, taksafonların texniki və estetik vəziyyətini daim nəzarətdə saxlamaqla yerlərdə əvvəlcədən ödəniş “Tackart” ların satışı təmin olunub. Eyni zamanda taksafonlarda istifadə qaydaları və yeni şəhərlərarası yığım kodları haqda məlumatlarla təmin edilib.
Xatırladaq ki “Tackart” sistemi rabitə sahəsində debitor sisteminə alternativ yaradılan kreditor sistemidir. Belə ki, abunəçi debitor sistemində apardığı beynəlxalq və şəhərlərarası danışıqların haqqını ona göstərilən xidmətdən sonra, “Tackart” sistemində isə danışığı telefonun balansına pul vəsaiti qoymaqla həyata keçirir. Abunəçilər “Tackart” sisteminə qoşulmaq üçün əvvəlcə 2,4 və 10 manatlıq “Simsim” karta bənzər “Tackart” əldə etməlidir. Bundan sonra o, mənzilindəki telefonundan əvvəlcə 124 nömrəsini yığmaqla balansını öyrənir və “Tackart”ın üzərindəki pin kodu daxil etməklə balansına pul vəsaiti (kontur) yükləyir.
Bundan sonra abunəçi beynəlxalq və şəhərlərarası danışıq aparmaq üçün 123 kodunu yığaraq stansiyasının hazırlıq siqnalını alır və bundan sonra nömrəni yığır.
Qeyd edək ki, bundan əvvəl bir çox hərbi hissələrin yaxınlığında poçt şöbələri və ayrıca danışıq məntələri fəaliyyət göstərməklə xidmət təmin olunurdusa, yeniliyin tətbiqindən sonra bu işlər daha modern şəkildə qurulub.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol