• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı sürücülərin və vətəndaşların şəhərdə hərəkətinə icazə verilir? - DYP-dən CAVAB - VİDEO

Hansı sürücülərin və vətəndaşların şəhərdə hərəkətinə icazə verilir? - DYP-dən CAVAB - VİDEO
03.04.2020 09:27
Ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında ötən gün saat 8-dən bu gün saat 8-dək 447 nəqliyyat vasitəsi geri qaytarılıb.

Zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Xəbərdarlıqlara baxmayaraq, zərurət olmadığı hallarda vətəndaşların evdən çıxaraq, istər avtomobillə, istərsə də piyada və avtobusla hərəkətində intensivlik azalmır. Bununla əlaqədar Xırdalan şəhərində və digər qəsəbələrdə, həmçinin Sumqayıtda polis postları qurulub.

AzTV-nin əməkdaşı Bakı-Sumqayıt yolunun 25-ci kilometrliyindən "Xəbərlər" proqramına birbaşa bağlantıda hansı sürücülərin polis postlarından buraxıldığı, bu gün neçə sürücünün cərimələndiyi barədə ətraflı məlumat verib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Eldar Məmmədov müsahibəsində bildirib ki, 2 aprel tarixində saat 12:00-a kimi 6 vətəndaş inzibati qaydada cərimələnib.

Onun sözlərinə görə, xidməti vəsiqəsi olan avtomobillərə və arayışı olan vətəndaş və sürücülərə heç bir maneə törədilmir, onlar hərəkətlərini davam etdirə bilərlər.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol