• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 10 nəfər həbs olundu, 1 476 sürücü və sərnişin cərimələndi

Azərbaycanda 10 nəfər həbs olundu, 1 476 sürücü və sərnişin cərimələndi
03.04.2020 11:06
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 02.04.2020-ci il saat 08:00-dan 03.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

BDYPİ-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 25-i rayon, 118-i paytaxt istiqamətinə olmaqla 143 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 34-ü rayon, 24-ü paytaxt istiqamətinə olmaqla 58 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 45-i rayon, 159-u paytaxt istiqamətinə olmaqla 204 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 265 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

- Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 650 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1 320 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 10 nəfər inzibati qaydada həbs olunub, 3566 nəfərin, onlardan nəqliyyat vasitələrində hərəkət edən 1 476 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 17576 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol