• $
  • €
  • ₽
  • ₺
  • £

Maskadan istifadə etməyən sürücülər cərimələnir? - AÇIQLAMA

Maskadan istifadə etməyən sürücülər cərimələnir? - AÇIQLAMA
03.04.2020 11:50
Sükan arxasında olarkən tibbi maskadan istifadə etməyən sürücülərin nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərə qarşı cərimənin tətbiq edilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı Trend-ə deyib.

Onun sözlərinə görə, maskadan istifadə etməyən sürücülərin yollarda quraşdırılan nəzarət kameraları ilə müəyyən edilməsi və belə sürücülərin cərimələnməsi barədə yayılan məlumatlar şayiədir:

"Təbii ki, maskasız çölə çıxmaq karantin qaydalarının pozulmasıdır. Maska virusun yayılmaması üçün vacibdir. Buna görə də qoruyucu vasitələrdən istifadə etmək məqsədə müvafiqdir.

Amma sürücülərin sükan arxasında maskadan istifadə etməməsinə görə məsuliyyət nəzərdə tutulmur. Belə hallarda polis əməkdaşlarının vəzifəsi ondan ibarətdir ki, sürücülərə yaxınlaşaraq onlara maskadan istifadə etməsini xatırlatsınlar".

A.Qasımlı deyib ki, avtomobillərə elektron protokol tərtib edilə bilməz:

"Tətbiq olunan məhdudiyyətlər vətəndaşlarla bağlıdır. Nazirlər Kabinetinin son qərarında avtomobillərin hərəkəti ilə bağlı heç nə yoxdur.
Əgər icazə əsasında küçəyə çıxırsa və şəxsi avtomobilindən istifadə edirsə, bununla bağlı bir problem yoxdur. Cərimə avtomobilin idarəedilməsinə görə deyil, karantin qaydalarının pozulmasına görə olur".

A.Qasımlı nəzərə çatdırıb ki, ümumilikdə karantinlə şayiələrin yayılması da inzibati məsuliyyətə səbəb olur:

"Belə hala görə həm cərimə cəzası, həm də həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. Buna görə də vətəndaşları şayiə yaymamağa çağırıram".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol