• $
  • €
  • ₽
  • ₺
  • £

Karantindən çıxanlar yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

Karantindən çıxanlar yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA
03.04.2020 14:35
Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov hazırda karantində saxlanılan Azərbaycan vətəndaşlarının karantindən çıxdıqdan sonra SMS göndərməklə öz yaşayış ərazilərinə qayıda bilib-bilməyəcəklərinə aydınlıq gətirib.

Sədr müavini Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşlar aprelin 5-dən SMS kodlarını qeyd etməklə yaşayış ərazilərini tərk edəcəklərini deyib:

"Qərarda digər zəruri hallar da göstərilib ki, bunlar həyati təhlükənin yaranması, hüquq-mühafizə orqanlarına çağırış və s-dir. Bu hallar arasında "şəhərdə qalmışam, rayona getməliyəm" halı yoxdur. Ümumilikdə, karantində qalanların öz yaşayış yerlərinə qayıda bilib-bilməyəcəyi məsələsi daha çox karantin rejimini tətbiq edən qurumlara və Nazirlər Kabineti yanında Operativ Qərargaha aiddir. Ola bilər ki, onlar bu məsələni əsaslandırmaqla, yaxud hər hansı tibbi müəssisəsindən arayış göstərməklə rahat şəkildə öz evlərinə qayıtsınlar".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb. (trend)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol