• $
  • €
  • ₽
  • ₺
  • £

İmran məşqə başlayır - FOTOLAR

İmran məşqə başlayır - FOTOLAR
24.07.2014 11:56
Azərbaycan Milli Paralimpiya Komitəsinin 2014-cü ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirilib. 
Komitənin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, AMPK-nin vitse prezidenti Şaiq Həmidov çıxış edərək Milli Paralimpiya Komitəsinin 6 ayda gördüyü işlər haqqında məlumat verib. 
O, qeyd edib ki, Bakıda keçiriləcək birinci, Baku-2015 Avropa Oyunlarında Paralimpiya idman növlərində cüdo üzrə 2 çəki dərəcəsində hər ölkədən 1 qadın və 1 kişi idmançının iştirakı nəzərdə tutulur.
"Milli Paralimpiya Komitəsi fiziki məhdudiyyətli insanlar arasında idmanın kütləviyinin artırılması məqsədi ilə qeyri paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirilir. Artıq əlil arabasında idman rəqsi, boulinq idman növləri yaradılıb. 2014-cü ildə qarşıya qoyulmuş əsas məqsədlərdən biri də milli komandaların maddi texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır".
Milli Paralimpiya Komitəsinin şöbə müdiri, Uşaq Paralimpiya Komitəsinin idarə heyyəti sədrinin müavini-icraçı direktor Kamal Məmmədov çıxış edərək bildirib ki, 2013-cü ilin avqust ayında dünya ilk dəfə olaraq Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb.
O, qeyd edib ki, artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pauerlifting və üzgüçülük daxildir. Ümumilikdə 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq profesianal idmana cəlb olunub:
"Stolüstü tennis idman növü ilə məşqul olan 12 yaşlı Fəxri Soltanov cari ilin mart ayında ilk beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hal hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur. Ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov, UPK-si tərəfindən üzgüçülük idman növünə cəlb olunub və yaxın günlərdə ilk məşqlərinə başlayacaq". 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol