• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalist 100 manat cərimə olundu. Tapılmayan maskaya görə...

Tanınmış jurnalist 100 manat cərimə olundu. Tapılmayan maskaya görə...
29.05.2020 12:29
Azərbaycanın tanınmış jurnalisti Hikmət Sabiroğlu Bakıda maska və əlcəksiz  küçəyə çıxdığı üçün polis tərəfindən 100 manat həcmində çərimələnib, bu barədə jurnalist Vahid Qazi sosial şəbəkədə məlumat yayıb.  
 
"Hikmət Sabiroğlunu 100 manat cərimələyiblər! Maska taxmadığına görə. Ölkənin ən "maskasız" adamını, Şuşa qədər məsumu, jurnaliatikamızın vicdanı olanı, ömrünü maskasız yaşayanı. Maskalı cəmiyyətin ironiyası....",  -  deyə Vahid Qazi bildirib. 
 
Bu məlumatı Anews.az-a Hikmət Sabiroğlu özü də təsdiqləyərək dedi ki, onu polis əməkdaşları Yasamal rayonu ərazisində saxlayaraq cərimələyib. Bu barədə protokol da yazıblar. Protokolda açıq şəkildə maska və əlcək taxmadığı, bununla da karantin qaydalarını pozduğu üçün cərimələndiyi qeyd edilib. 
 
"Mən bu məsələnin pandemiya şəraitində ictimailəşdirilməsinin tərəfdarı deyiləm. Bəzi dostların bu barədə post yazmasının təşəbbüskarı da mən deyiləm. Düşünürəm ki, bunun bir səhv olduğu bilinər",  -  deyə jurnalist bildirib. 
 
DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur.

"Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur", deyə o vurğulayıb. 

Zahidov həmçinin qeyd edib ki,  vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur
 
Hazırda Azərbaycanda  ciddi maska qıtlığı müşhidə olunur. Bəsti Bağırova küçəsi və ona paralel olan küçələrdə 10-dan çox aptekə baş vursaq da onların heç birində maska tapmadıq. Belə bir şəraitdə polisin maska taxmağı tövsiyyə deyil vətəndaşlar qarşısında  tələbi qoyması məntiqə uyğun gəlmir.  

Ümumdünya Səhiyyə Təşkilatının protokollarında da sağlam adamların mütləq  maska taxması kimi tələb və tövsiyyəyə rast gəlmədik. Əksinə ÜST həkim və tibbi personal arasında tibbi maska çatışmazlığı olması səbəbindən sağlam adamlara maska taxmamağı  tövsiyyə edir. Ancaq özündə hər hansı xəstələnmə hiss etdikdə maskadan istifadə etməyi xahiş edir. 
 
Elə Nazirlər Kabineti yanında Operativ Qərargahın sənədlərində də maska və əlcək taxmağın mütləq olması barədə direktivlərə rast gəlinmir. Maska taxmaq insanlara tövsiyyə olunur. 
 
Ən sonda maskanın Bakı apteklərində qiymətlərinə toxunmaq istəyərdik. Şəhər apteklərində ən ucuz  və 3 saat işlənməsi  nəzərdə tutulan parça maskaların qiyməti 20-30 qəpikdir.  Resperatorlu maskaların qiyməti isə 12-30 manat arasında dəyişir. Bundan başqa resperatorsuz  və plastik maddədən hazırlnmış 6 manatlıq maskalara da rast gəlinir. Bu kimi maskalar təəssüf ki, hər kəsin cibinə uyğun deyil. 
 
Bir çox ölkələr, məsələn Yaponiyada  vətəndaşlara pulsuz maska verilir.  
 
Azərbaycan hökuməti aprelin birinci on günlüyündə Sumqayıtda maska istehsalını təmin edəcəyinə söz verib. 
 
Ümid edirik ki, jurnalisti cərimələyən polis əməkdaşları, o cümlədən də onların yerlərdə olan rəhbərləri təlimatları düzgün tətbiq etmədikləri üçün cəzalanacaqlar. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol