• $
  • €
  • ₽
  • ₺
  • £

Mirqədirovun vəkilləri şikayəti geri çəkir

Mirqədirovun vəkilləri şikayəti geri çəkir
24.07.2014 10:42
Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkili Elmar Süleymanov “Media forum” saytına açıqlama göndərib.

O, iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin Rauf Mirqədirov barəsində həbs qətimkan tədbirini 4 ay müddətinə uzatdığını xatırladaraq yazır: “Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verib və eyni zamanda məhkəmə iclasında çoxsaylı prosessual pozuntulara yol verilməsi ilə əlaqədar ətraflı yazılı qeydini Nəsimi Rayon Məhkəməsinə göndərib. Lakin Nəsimi Rayon Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci maddəsinin tələblərini pozaraq müdafiə tərəfinin yazılı qeydinə baxmadan və ona dair heç bir qərar qəbul etmədən işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Cinayət-Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokoluna dair yazılı qeydlərini verdiyi halda məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir”.

Vəkil qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək apellyasiya şikayətinin Cinayət Kollegiyasının baxışından çıxarılmasını, işin müdafiə tərəfinin yazılı qeydinə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılmasını istəyəcəklər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol