• $
  • €
  • ₽
  • ₺
  • £

“Evdə qalsam, acından öləcəm...” – Zibildən çörək çıxaran nənəylə söhbət

“Evdə qalsam, acından öləcəm...” – Zibildən çörək çıxaran nənəylə söhbət
05.04.2020 17:56
Bir az əvvəl mağazaya getmişdim. Qayıdanda zibil qabında nəsə axtaran bir xala gördüm, halına üzüldüm,, yaxınlaşıb salam verdim və aramızda kiçik bir dialoq yarandı:


- Xanım, gecə vaxtı çöldə neynirsiniz? (Əslində nə etdiyini bilirəm, sadəcə söhbət etmək üçün bu sualı verdim)



- İçki qablarını və bir də çörək qırıntılarını yığıram.



- Onları yığıb nə edəcəksiniz ki?



- Satacam!



- Hara?



- Bu qabları yığıram bir yer var ora verirəm, bununla da yaşamağa, ac qalmamağa çalışıram. Siz mənə niyə belə sual verirsiz ki? Hələ bu günə qədər heç kim yaxınlaşıb, mənə belə suallar verməyib. Bizim kimilərin halı heç kimə maraqlı deyil...



- Yox, niyə ki... (Xanımın titrək səsi məni qəhərləndirdiyi üçün susub qaldım. Amma sonra bir az özümü toparlayıb, yenidən sual verməyə başladım). Xanım, elə deməyin, siz bu xalqın dəyərli insanlarından birisiniz, halal zəhmətlə çörək qazanırsınız...

Yaxşı, bəs bu yığdığınız qabları neçəyə satırsınız?



- Qabların kilosunu 50 qəpiyə, çörəyi də toyuq- cücə saxlayanlara verirəm. Onlar da çörəyin əvəzində bir iki manat verirlər.



- Günə neçə kilo qab yığırsınız ki?



- 40 dənəsi bir kilo edir. Elə gün olur 10-15 kilo, elə də olur ki, 5-6 kilo... Allah bərəkət versin, əsas odur ki, heç kimə möhtac olmuram.







- Bununla necə dolanmaq olar...



- Oğlum, biz sadəcə ölməmək üçün çırpınan insanlarıq, sən yolundan qalma, evinə get...



- Bəs məlumatınız var ki, bu gecədən evdən çıxmaq qadağan olunur, çıxmaq üçün xüsusi icazə alınmalıdır. O icazə də ancaq, marketə və aptekə getmək üçün verilir.


- Yox, elə şey olar! Elə olsa, mən nə edərəm onda... Bala, sənə kim deyib ki, elə olacaq ?



- Televizorda eşitdim, dəqiq məlumatdır.



- Bəs, bizə dövlət yardım edəcək? Etməsə nə edərik biz. Sən lap mənim ürəyimə qorxu saldın. Denən ki, da acından öləcəyik də...



- Yox, narahat olmayın, yəqin ki, sizə də yardım edilər... Sizin başqa qazanc yeriniz var? Pensiya alırsınız?


- Yox ay bala, hələ yaşım çatmır. 2 il var pensiya almağıma. O da kim bilir qismət olacaq, ya yox... Əşi nə isə! Bizim ki, belə gəlib, belə də gedəcək. Yaxşı mən gedim, hələ baxacağım zibil qabları var. Elə bizə qalan bu zibil qabları olacaq, Allah bunlara bərəkət versin. Sağ ol, gecən xeyrə qalsın.


- Xeyrə qarşı, xala! (bakupost.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol