• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi sürücüsü Fəzail Ağamalını qarət edib, onu 10 il həbs gözləyir...

Taksi sürücüsü  Fəzail Ağamalını qarət edib, onu 10 il həbs gözləyir...
06.04.2020 09:01


Ana Veten partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı keçən il taksi sürücüsütərəfindən qarət edildiyi barədə İstanbul polisinə müraciət edib.


İstanbulun "Sabah" qəzetinin yazdığına görə, azərbaycanlı deputatın iddiası əsasında bir taksi sürücüsü məhkəməyə verilib və onu oğurluq etdiyi üçün 10 il həbs cəzası göləyir.




Nəşrin yazdığına görə, Fəzail Ağamalı qızı və nəvəsi ilə birlikdə İstanbulda bir taksiyə minib və otelə aparılmasını istəyib. Taksi sürücüsü yol pulunun 25 lirə olacağını  deyib və əvvəlcədən pul tələb edib. Fəzail Ağamalı pul kisəsini sürücüsünə verib və onu geri  alanda 2 min lirənin itdiyini görüb. Bundan sonra azərbaycanlı deputat polisə müraciət edərək taksi sürücüsünün ondan pul oğurladığını bildirib.


"Bir taksiyə mindik və Beşiktaşa aparılmasını istədik. Sürücü əvvəlcədən pul tələb etdi. Cüzdanımı çıxaranda əlimdən tutdu. Nə etdiyini soruşdum, ona 25 lirə alacağını bildirdi. Cüzdanı geri aldım. Sonra bir şeydən şübhələndim. Beşiktaşa getməkdən vaz keçərək bu taksidəndən düşdüm. Maşından düşdükdən sonra bildim ki, 2 min lirəm yox olub ”, deyən Milli Məclisin deputatı hadisəni belə izah etdi.


Fəzail Ağamalının ifadəsinə əsaslanaraq taksi sürücüsü Selami T. saxlanılıb və dindirilib. Məhkəmə onun barəsində  həbs qətimkan tədbiri seçib.


"Bu adam mənim maşınıma mindi və onu 25 lirəyə Beşiktaşa aparmağımı istədi. Dedim ki, bu məbləğ azdır. Bundan sonra maşından düşdü. Bir müddət sonra pulu ön oturacağın altından tapdım və bu sərnişinə qaytardım. Mən heç bir pul oğurlamamışam və mənə qarşı irəli sürülən ittihamla öz günahımı etiraf etməkdən imtina etmişəm ", deyə sürücü bildirib. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol