• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi

Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-3 yaşlı uşaq da var - Rəsmi
29.05.2020 00:20
"Bizim 2-3 yaşdan 89 yaşadək yoluxmuş xəstəmiz var”. 

Anews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "Diqqət mərkəzi-Yekun” verilişində yaş spektrindən danışarkən deyib: 

"Süni tənəffüs aparatına bağlı bir xəstənin qidalanması, dərmanlarının verilməsi, gigiyenik yardımının göstərilməsi və s.
bütün bunlar çox ağırdır. Artıq ölkəmizin bütün regionlarında az və ya çox yoluxma faktı var. Biz bir həftə əvvəl yoluxma faktları ilə bağlı təkxanalı rəqəmlərdən danışırdıq, indi cütxanalı rəqəmlərdən danışırıq. Dua edək ki, gələn dəfə üçxanalı rəqəmlərdən danışmayaq.

Bizim xəstəxana tutumumuz var. Qərar vermişik ki, simptomatik və ya asimptomatik olmasından asılı olmayaraq bütün pozitiv xəstələri regionlar daxil olmaqla 22 xəstəxanaya yerləşdirək. Tibb müəssisələrində onları təcrid edək. İki aylıq bir təcrübəmiz var.
 
Deyə bilərik ki, özünü qrip adı ilə evdə müalicə etmək istəyən şəxslərin sonradan vəziyyəti yaxşı olmur. Bu gün özünü çox yaxşı hiss edən sabah ağırlaşa bilər. Həmin şəxsləri biz nəzarət altında saxlamaqla, həm də onların ailə üzvlərini qorumuş oluruq.

Bu gün imkanımız buna yol verir. Ancaq gündəlik yoluxma halları üçxanalı rəqəmlərə çıxsa, vəziyyət çətin olacaq. Bizim 2-3 yaşdan 89 yaşa kimi yoluxmuş xəstəmiz var. Bu virusun yoluxması sərhəd tanımır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol