• $
  • €
  • ₽
  • ₺
  • £

Zərdabda xəstəxananın həyətini su basdı

Zərdabda xəstəxananın həyətini su basdı
29.05.2020 07:26
Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətini su basıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.

Vətəndaşlar yağışlı hava şəraitindən asılı olaraq, belə vəziyyətin dəfələrlə müşahidə olunduğunu qeyd edirlər.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirilib ki, görüntülər ötən gün yağış yağanda lentə alınıb:
"Təəssüf ki, ötən gün yağışlı hava şəraitinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasının həyətində yağış suları yığılıb. Bu, bir qədər çətinlik yaratsa da, tez bir zamanda problem aradan qaldırılıb”.

Məsələ ilə bağlı Zərdab Rayon Mərkəzi Xəstəxanası ilə - 02029-6-60-40 - telefon nömrəsilə əlaqə yaratdıq. 

Özünü təqdim etmək istəməyən şəxs qeyri-etik üslubda "Nə lazımdır? Sualınızı verin!” desə də, o, sualımıza cavab verməkdən imtina edib. Yaranmış vəziyyətlə bağlı onun cavabı sadəcə, bu olub: "Xəstəxananın həyətini su basmayıb, olubsa da, artıq keçib gedib”. 

Onu da qeyd edək ki, bizə verilən məlumata görə, əlaqə saxladığımız nömrə - 02029-6-60-40 - xəstəxananın qəbul şöbəsinin deyil, baş direktorun otağının nömrəsidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol