• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən ət qıtlığına dair məlumatlarla bağlı - AÇIQLAMA

Nazirlikdən ət qıtlığına dair məlumatlarla bağlı - AÇIQLAMA
29.05.2020 09:27
Kənd Təsərrüfatı Nazirliyi koronavirusla əlaqədar Bərdədəki mal bazarının bağlanması səbəbindən ölkədə ət qıtlığının müşahidə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Anews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov Trend-ə açıqlamasında deyib ki, Bərdədəki mal bazarının bağlanması ilə bağlı yayılan məlumatlar düzgün deyil, mal bazarı hər həftənin cümə günləri fəaliyyət göstərir.

Onun sözlərinə görə, rayonlardan Bakıya iri və xırdabuynuzlu mal-qaranın yük maşınları vasitəsilə kəsim məqsədilə daşınmasına məhdudiyyət yoxdur. Kənd təsərrüfatı məhsullarının, o cümlədən kəsim məqsədilə heyvanların orta və iritonnajlı maşınlarla daşınmasına qadağa qoyulmayıb.

V.Hüseynov Nazirlər Kabinetinin müvafiq qərarlarında da bu məhdudiyyətlərin nəzərdə tutulmadığını söyləyib: "Mal bazarının bağlanması, rayonlardan satış və kəsim məqsədilə malların gətirilməməsi, eləcə də digər kənd təsərrüfatı məhsullarının gətirilməsi ilə bağlı məhdudiyyətlərin olması barədə yalan məlumatlar yayılır. Bəzi işbazlar tərəfindən belə məlumatların yayılmasında məqsəd əhali arasında süni ajiotaj yaratmaq və məhsullara qarşı süni tələbatı artıraraq qiymətləri qaldırmaqdır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol