Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - SON DƏQİQƏ!

Azərbaycan
Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı
qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.
Eyni zamanda, koronavirus
infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
Ümumilikdə, ötən
dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri
müalicə olunaraq sağalmış, 7 nəfər vəfat etmiş, 590 nəfərin xüsusi rejimli
xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır,
17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti
stabildir.
Ölkəmizdə
müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı
müvafiq tədbirlər həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























