Gürcüstanda 60 yaşdan yuxarı vətəndaşlar peyvənd oluna bilər

Gürcüstanda 60 yaşdan yuxarı olan vətəndaşların pnevmokok infeksiyasına qarşı peyvənd olunması planlaşdırılır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze "Rustavi 2” kanalına bildirib.
Onun sözlərinə görə, mütəxəssislər Gürcüstanda ən çox yayılan ölüm səbəbinin pnevmoniya olduğunu müəyyən ediblər.
Nazir deyib ki, avropalı həmkarlar və həmçinin bir sıra aparıcı ölkələrin nümunəsi əsasında Gürcüstanda reallaşdırılacaq bəzi tövsiyələr qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























