• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllim hazırlığı siyasətində dəyişiklik ediləcək - Təhsil Nazirliyi

Müəllim hazırlığı siyasətində dəyişiklik ediləcək - Təhsil Nazirliyi
23.07.2014 21:01
Təhsil Nazirliyi növbəti tədris ili üçün ali məktəblərdə müəllim hazırlığı ilə bağı tətbiq olunacaq yeniliklər və dəyişikliklər barədə məlumat açıqlayıb.Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında deyib ki, nazirlik müəllim hazırlığı siyasətində əsaslı dəyişikliklər etməyi planlaşdırır. Onun sözlərinə görə, ilk növbədə müəllimlər üçün peşə standartları yeniləşdirilir: “Ali məktəblərdə tam yeni peşə standartları tətbiq ediləcək. Bu o deməkdir ki, əvvəlki proqramlardan fərqli olaraq müəllim hazırlığı sahəsində dəqiq, konkret kompetensiyalar müəyyənləşəcək. Bu müəllim hazırlığı üçün əsas götürüləcək”.Şöbə müdiri əlavə edib ki, ölkənin müəllim hazırlığında praktik hazırlığa daha çox diqqət yetiriləcək. F.Qədriovun sözlərinə görə, “Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da müəllim hazırlığı sahəsində internatura modelinin tətbiqi nəzərdə tutulub: “Onlar 1 il müddətində məktəblərdə məhz praktik fəaliyyətlə məşğul olacaq, praktik vərdişlər əldə edəcəklər. Bundan əlavə, ali məktəblərdə müəllimlik ixtisaslarını seçənlər üçün xüsusi stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Bunun nəticəsində müəllimlik ixtisasını seçənlər daha çox olar. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində gələcəkdə digər bu kimi tədbirlərin icrası da nəzərdə tutulub”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol