• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək

Azərbaycan Beynəlxalq Bankı bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək
28.05.2020 18:25
Bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə böyük qəhrəmanlıq göstərən tibb işçilərimizə ehtiram nümunəsi olaraq Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniya elan edib. 

7 aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar start verilən kampaniya çərçivəsində aprel ayının sonunadək ölkəmizin tibb işçiləri bu bankın xidmətlərindən ödənişsiz istifadə edəcəklər. Məsələn, kassa əməliyyatları, respublika daxilində və xaricə köçürmələr, eləcə də hesablardan arayışların verilməsi və s. üçün tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq. Bankın ödənişsiz xidmətləri ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "COVİD-19 pandemiyasına qarşı mübarizədə əsas yük tibb işçilərinin üzərinə düşür. Azərbaycanın tibb işçiləri bu prosesdə böyük fədakarlıq göstərirlər. Biz də yaratdığımız imkanlarla bu insanlara faydalı olmaq istəyirik.
Pandemiyanın qarşısının alınmasına gərgin əmək sərf edən hər bir tibb işçisinə minnətdarlığımızı bildirirək onları kampaniyamızdan faydalanmağa çağırırıq”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol