• $
  • €
  • ₽
  • ₺
  • £

“Regional İnkişaf” İB və Yasamal Rayon İH-dan ərzaq sovqatı - FOTOLAR

“Regional İnkişaf” İB və Yasamal Rayon İH-dan ərzaq sovqatı - FOTOLAR
28.05.2020 23:01

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənməkdədir.
Karantin rejimində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan, bu kateqoriyadan olan tənha insanlara qayğı göstərilməsi istiqamətində növbəti sosial aksiya "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilib.

Yardım aksiyası çərçivəsində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid şəxslərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sakinlərə sovqatları çatdıran RİİB könüllüləri və Yasamal RİH əməkdaşları eyni zamanda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyenaya qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar veriblər.

#evdəqal kampaniyası çərçivəsində həyata keçirilən sosial aksiya karantin rejimində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstək olmaq məqsədi daşıyır.

Bir daha vətəndaşlarımızı bu həssas dövrdə evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.
 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol