• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ

Hansı işsiz şəxslərə birdəfəlik ödəmə veriləcək? - RƏSMİ
29.05.2020 12:08
"Son 2 gündə 190 manat məbləğində birdəfəlik ödəməni almaq məqsədilə işsiz kimi qeydiyyata alınmaq üçün vətəndaşlar tərəfindən elektron sistemə daxil olan müraciətlərin təhlili göstərir ki, bir çox hallarda bu müraciətlər qanunvericiliklə işsiz statusuna uyğun olmayanlar (hətta faktiki iş yeri, qazancı olanlar) tərəfindən edilir". 

Bu barədə Yenisabah.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. 

Nazirlik diqqətə çatdırıb ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur. Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir: 

 Muzdla (əmək müqaviləsi ilə) işləyənlər; 

 Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər; 

 Sahibkarlar (VÖEN-i olanlar);

 Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);

 Əyani təhsil alan tələbələr 
 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və b. 

Məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır. Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.

İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” e-xidməti tərəfindən aparılır.

Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.  

Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədi ilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanacaq və yuxarıda qeyd olunan işsiz statusuna uyğun gələn şəxslər elektron qaydada müraciətlərini edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol