• $
  • €
  • ₽
  • ₺
  • £

Karantində qalanlar niyə 14 gündən çox saxlanılır? - TƏBİB-dən AÇIQLAMA

Karantində qalanlar niyə 14 gündən çox saxlanılır? - TƏBİB-dən AÇIQLAMA
07.04.2020 13:41
"Karantin müddətinin uzadılması deyə bir şey yoxdur. Karantin müddəti 14-21 gündür”. 

Bu sözəri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva "Atletlər kəndi”ndə karantin rejimində saxlanılan şəxslərdən bəzilərinin müddətinin uzadılması ilə bağlı iddialar barədə Yeniavaz.com-a açıqlama verərkən deyib. O bildirib ki, karantin rejimindəki şəxslər yalnız TƏBİB-in qərarı ilə buraxılır: "Karantin müddəti 14-21 gündür. Karantin müddətinin uzadılması deyə bir şey yoxdur. Karantində saxlanılanlar 14-21 gün ərzində buraxılırlar. Kiminsə prasedurası 16-17-ci günə keçirsə burada qanun pozuntusu yoxdur. İki dəfə test keçirilir, ikisi də neqatif olarsa buraxılır. Bunun da sənədləşmə prosesləri var. Hansı ki, laboratoriyadan nəticə daxil olmalıdır. TƏBİB-dən qərar verilməlidir ki, filankəslər siyahı üzrə buraxılsın”.

R. Əliyeva deyib ki, insanlar karantinə daxil olduqları gündən bu rejimi pozmağa çalışırlar: "Karantindən yayınmağa çalışırlar. Yəni 14 günün tamamında buraxılacaqlar deyə heç kimə bir şey deyilməyib. Heç kim də deyə bilməz ki, 21 gündən artıq karantində qalmışam. Belə hallara yol vermək istəyənlərlə də profilaktiki söhbətlər aparılır və vəziyyət izah olunur”.

Xatırladaq ki, ötən gün "Atletlər kəndi”ndə karantin rejimində saxlanılan şəxslərdən bəzilərinin etiraz etməsi və hadisə yerinə Daxili İşlər Nazirliyi əməkdaşlarının cəlb edilməsini əks etdirən kadrlar yayılıb. İddiaya görə onlar, karantin rejiminin bitməsinə baxmayaraq burada saxlanıldıqları üçün etiraz edirlər.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol