• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib - FOTO

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib - FOTO
29.05.2020 08:53
104 saylı Gədəbəy-Tovuz dairəsindən millət vəkili seçilən Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib.

Trend-in məlumatına görə, ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Bundan başqa, millət vəkili müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirib.
Seçicilərin fərdi və maddi problemləri dinlənilib və yerində həll edilib.

Eyni zamanda, millət vəkili seçicilərə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verib.

Qeyd edək ki, Tovuz və Gədəbəy rayon İcra hakimiyyətləri koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində 600 nəfərə, o cümlədən 50-yə yaxın tənha yaşayan şəxsə əlavə maddi və ərzaq yardımı göstərib. İcra hakimiyyətlərinin əməkdaşları aylıq vəzifə maaşlarının bir hissəsini fonda köçürüblər. Rayondakı iş adamları çağırışlara qoşulub, eləcə də Tovuz "Aqrokimya" MMC fonda 20 min manat vəsait köçürüb.

Rayon ərazisində koronavirus infeksiyasına yoluxmuş şəxslərin karantinə alınmış ailə üzvlərinin gündəlik ərzaq və digər ehtiyacları təmin olunur.
Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Trend Beynəlxalq İnformasiya Agentliyi 50 min, Day.az xəbər portalı 50 min manat vəsait köçürüb.

Bundan əlavə, deputat Arzu Nağıyev aylıq məvacibinin bir hissəsini fonda ianə edib.

Trend BİA rəhbərliyinin tövsiyəsi, Nabranda yerləşən otellərdən birinin təşəbbüsü ilə bir otel müvəqqəti olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilib.










www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol