• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”dən köçmək istəyənlərin sayı 2000-i keçib

“Sovetski”dən köçmək istəyənlərin sayı 2000-i keçib
23.07.2014 18:24
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb.Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.Onun sözlərinə görə, indiyədək 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılıb, 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Komitə sədri qeyd edib ki, artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb.S. İslamov bildirib ki, hazırda köç davam edir, komissiyaya müraciətlər daxil olur: “İlkin mərhələdə nəzərdə tutduğumuz yəni, inventarlaşma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni, hansı ünvanlarda ki, biz ölçü və inventarlaşma işləri aparmışıq, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıblar. Bütün bunlar komissiyanın məqsədyönlü işlərinin, proseslərin şəffaflığı və vətəndaşların birbaşa iştirakı ilə ölçü, qiymətləndirmə işlərinin aparılmasının nəticəsidir. Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir”.Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol