Xarici ölkələrdə koronavirusun müalicəsində istifadə olunan dərmanlar - SİYAHI

Koronavirusun yayıldığı vaxtdan bu günə qədər bir sıra ölkələr epidemiya ilə mübarizədə müxtəlif dərmanları sınaqdan keçiriblər.
Fransada malyariyanın müalicəsində istifadə edilən "remdesivir" dərmanı koronavirusun müalicəsində uğurla sınaqdan keçirilib.
Çində aparılan sınaqlar nəticəsində "favipiravir” adlı dərmanın koronavirusa qarşı mübarizədə təsirli olduğu üzə çıxıb. Bundan əlavə, Çində "klorokin difosfat” və "remdesivir”in koronavirusa təsiri də araşdırılır.
İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus əleyhinə "akterma" adlı dərman hazırladıqlarını elan edib.
"Sanofi" və "Regeneron Pharmaceuticals" dərman şirkətləri koronavirusa qarşı "kevzara" adlı dərmanın təkmilləşdirilmiş formasından istifadə etdiklərini açıqlayıb.
ABŞ-da isə həkimlər koronavirusa təsirli olub-olmadığını araşdırmadan prezident Donald Trampın məsləhət gördüyü "hidroksiklorokin" adlı dərmanı xəstələrə verməyə başlayıb.
Qeyd edək ki, sözügedən dərmanların koronavirusun müalicəsində effektiv olması rəsmi şəkildə təsdiqini tapmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























