• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş

Saxta jurnalist kimi tutulan şəxs dünya çempionu imiş
09.04.2020 10:38
Xəbər verdiyimiz kimi, dünən Anar İsgəndərov və Aslan Bayramov adlı iki şəxs Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulub.

Oxu.Az xəbər verir ki, onlar özlərini media işçisi kimi təqdim edib, işlədikləri jurnalların möhürü ilə təsdiq edilmiş saxta arayışları satarkən saxlanılıblar.
Həmin şəxslər saxta sənəd satdıqları adamların xüsusi karantin qaydalarının tələblərini pozaraq, sərbəst hərəkət etmələrinə şərait yaradıblar. Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işinə başlanılıb. Bu cinayət əməllərini törətməkdə şübhəli bilinən hər iki şəxs tutularaq istintaqa cəlb olunub.

Oxu.Az tutulan şəxslərdən birinin kimliyini müəyyənləşdirib. 

Özünü "Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edən Aslan Bayramov əvvəllər idmançı olub. O, 2003-cü ildə Bakıda keçirilmiş boks üzrə yeniyetmələr arasında dünya çempionatının qalibi adını qazanıb.

2008-ci ilin yanvarında 69 kq çəki dərəcəsində Azərbaycan çempionu olmuş Aslan Bayramov həmin ilin iyulunda hərbi xidmətə göndərilən yeddi boksçumuzdan biridir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol