• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonlar üzrə pensiyaların verilməsinə başlanılıb

Bu rayonlar üzrə pensiyaların verilməsinə başlanılıb
09.04.2020 10:46
COVID-19 pandemiyası ilə əlaqədar olaraq, bankomatlar qarşısında vətəndaş sıxlığının yaranmaması məqsədilə əmək pensiyalarının, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərinin, eləcə də, ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) ödəniş qrafikləri xüsusi karantin rejimi müddətinə uyğun olaraq dəyişdirilib.

Oxu.Az-ın məlumatına görə, bu gün Nizami, Nərimanov və Xətai rayonlarının sakinləri pensiya ala biləcəklər.

Qeyd edək ki, pensiyaların Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə aprelin 10-da, respublikanın digər rayonlarında, həmçinin, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə isə aprelin 15-də ödənilməsi müəyyənləşdirilib. Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri aprelin 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardımı (ÜDSY) ödənişi isə 28-də təmin ediləcək.

Xatırladaq ki, Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə ödənişlər dünən - aprelin 8-də tamamlanıb.

Qeyd edək ki, xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankomatlardan, eləcə də, "Azərpoçt”un bankomat və ya POS-terminallarından hər hansı əlavə faiz tutulmadan əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol