Borcları "Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəmək mümkün olacaq - VİDEO

Koronavirus pandemiyası dövründə istehlakçılar elektrik enerjisi borcunu "Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəyə biləcəklər.
O bildirib ki, istehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar:
"Elektron bildirişlər və enerji sərfiyyatına görə, yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcək. Sistem bütün əməliyyatları insan amili olmadan avtomatik həyata keçirəcək.
İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildirişi alaraq, elektron ödəniş edə bilmədiyiniz halda "Azərişıq” ASC-nin veb-saytında "Bildiriş” bölməsinə daxil olub, 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir. Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz. Bundan sonra mobil operatorunuzu və nömrənizi, elektron poçt ünvanınızı daxil edərək, "Yadda saxla” düyməsini seçib, elektron bildiriş profilinizi yaratmış olursunuz.
"Elektron bildiriş al” düyməsini seçərək, enerji borcunuz barədə bildirişi alaraq, ödənişinizi "Azərişığ”ın mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcək. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq, ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.
Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























