• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər Bakıdan regionlara gedə biləcək

Bu şəxslər Bakıdan regionlara gedə biləcək
29.05.2020 08:45
Koronavirus pandemiyası əleyhinə tətbiq edilən qabaqlayıcı tədbirlər kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyimizə təhdid yarada bilər. Bununla bağlı artıq bütün məhdudiyyətlər aradan qaldırılıb və builki yığım təhlükəsizlik qaydalarına riayət edilməsi şərtilə baş tutacaq.
"24 saat” xəbər verir ki, bu sözləri Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Xəzər TV-nin "Xəzər Səhər” verilişinə müsahibəsində deyib. O bildirib ki, regionlarda kənd təsərrüfatı sahələrində yığımın təşkili üçün lazımi göstərişlər verilib:
"İnsanların əkin sahələrində yığım aparmasına heç bir məhdudiyyət olmayacaq. Bununla belə, karantin rejiminin tələblərinə riayət etmək mütləqdir. Özümüzün və başqalarının sağlamlığı üçün qaydalara əməl olunmalıdır”.
                                                                                                                                      
Firdovsi Fikrətzadə qeyd edib ki, insanları ən çox düşündürən məsələlərdən biri də yığım müddətində hərəkətin intensivliyidir:
"Nəzərə almaq lazımdır ki, bunun üçün bir kənddən digərinə və ya rayonlararası, hətta paytaxtdan regionlara səfərlər mütləqdir. Bununla bağlı da artıq müvafiq göstərişlər verilib:
1. İnsanlar bir kənddən digərinə yığımla bağlı getmək üçün yaşadıqları rayon icra nümayəndəliyindən müvafiq arayış almalıdırlar;
2. Yığım zamanı təkcə kəndlərarası deyil, rayonlararası da səfərlər baş tutur. Bunun üçün də yaşadıqları rayonun icra nümayəndəliyindən arayış almalıdırlar;
3. Hazırda regionlarda arıçılıq və ya başqa təsərrüfatı olan, lakin Bakıda yaşayan insanlar var. Bu insanlar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən verilən arayışı əldə edərək, öz təsərrüfatları üçün regionlara gedə biləcəklər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol