Daha 4 rayonda pensiyalar verildi

Bu gün daha 4 rayon – Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiya ödənişi həyata keçirilib.
Nazirlikdən anews.az-a verilən məlumata görə həmin rayonlar üzrə 82734 pensiyaçının hesablarına aprel ayının pensiyaları köçürülüb.
Beləliklə, son üç gündə Bakının bütün rayonları, habelə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bu ayın pensiya ödənişləri həyata keçirilib.
Aprelin 15-də isə ölkənin digər rayon və şəhərlərindəki pensiyaçılar öz pensiya vəsaitlərini alacaqlar. Həmin gün dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin pensiyaları da ödəniləcək.
Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























