• $
  • €
  • ₽
  • ₺
  • £

Lənkəranda yanğın, xəsarət alan var

Lənkəranda yanğın, xəsarət alan var
10.04.2020 16:27
Lənkəranda ikimərtəbəli ev yanıb, bir nəfər xəsarət alıb.

"Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə yanğın hadisəsi rayonun Zövlə kəndində baş verib.

Belə ki, kənd sakini Sədi Müzəffər oğlu Əsədova məxsus ümumi sahəsi 192 m2 olan iki mərtəbəli, 6 otaqdan ibarət yaşayış evi yanıb. Hadisə zamanı ailə üzvləri evdə olub. Yanğının qısaqapanmadan baş verdiyi bildirilir.

Ailə başçısı iki azyaşlını evdən çıxarsa da 35 yaşlı həyat yoldaşı Şahanə Mahir qızı Əsədova həyəcanlanaraq özünü ikinci mərtəbədən yerə atıb. Nəticədə qapalı-kəllə beyin travması alıb. Ş.Əsədova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğın yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə gələndə ev bütünlüklə alov içində olub. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol