• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti yeni məlumat yaydı — SON DƏQİQƏ

Nazirlər Kabineti yeni məlumat yaydı — SON DƏQİQƏ
10.04.2020 18:55
Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib.
Anews.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən "Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat”a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə rayon icra hakimiyyəti orqanından arayış almalıdırlar.
Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: "Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir”.
İ. Məmmədov bildirib ki, indiyə qədər kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olmuş təchizatçılardan hansının VÖEN-i yoxdursa, onlar orta və iri tonnajlı yük maşını ilə Bakıya kənd təsərrüfatı məhsulları gətirmək üçün yerli icra hakimiyyəti orqanından arayış almalıdır: "Tutaq ki, Qazaxdan, Tovuzdan bir "KamAZ” kartof gətirir. İcra hakimiyyətindən arayış alıb, sərbəst şəkildə kənd təsərrüfatı məhsulları yüklənmiş yük maşını ilə Bakıya gələ bilər”.
Qeyd edək ki, Milli Məclisin son iclasında da bəzi millət vəkilləri kənd təsərrüfatı məhsullarının Bakıya daşınması sahəsində problemlərin olduğunu, hətta rayonda istixanalarda məhsulları olan sahibkarların məhsullarını Bakıda pulsuz paylamağa hazır olduqlarını bildirmişdi.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol