Qazax rayon icra hakimiyyəti evində yeməyə çörəyi olmayan vətəndaşa kömək etmir

Qazax
Rayon İcra Hakimyyəti yardım payladı. Yardımı ancaq maddi vəziyyəti yaxşı
olanlara verdilər. Bunu Anews.az-ın
elektron poçtuna göndərdiyi şikayət məktubunda
Qazax rayon Yuxarı Salahlı kənd sakini Vəzir Eminov bildirib.
Eminov bildirir ki, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən yardım ancaq imkanlı adamlara paylanılır. "Koronavurisla bağlı sərt qanunlar tətbiq ediblər. Evdən
çıxmaq mümkün deyil. Maksimum 2 saat çıxmağa imkan yaradıblar. 2 saat ərzində
heç yerdə işləmək mümkün deyil. Bizdə ölkə rəhbərinin, dövlətin tələb etdiyi
qaydalara riayət edirik. Lakin bir sual yaranır mən ailəmi maddi ehtiyacını necə
qarşılayım? İşsizlikdən əziyyət çəkirəm. Bununla bağlı Qazax Rayon İcra
Hakimiyyətində qəbulda olmuşam. Heç bir köməklik etmədilər. İşlə təmin
olunmağıma yardım etmədilər. Hətta koronavirusla bağlı rayon icra hakimiyyəti kəndlərdə
yardım payladı. Amma həmin yardımı
imkanlı şəxslərə, övladı polisdə işləyənə, fermer təsərrüfatı olanlara
verdilər. Bizim evimizdə yeməyə çörəyimiz yoxdur. Yardım etdikləri ərzaqlardan
belə vermədilər”, - deyə Eminov bildirir.
Məsələ
ilə bağlı Qazax Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qazax Rayon İcra Hakimiyətindən zəngimizə Babək Alıyev adlı birisi cavab verdi. İcra
hakimiyyətinin rəsmisi bildirdi ki, vətəndaşın mövcud şikayətləri Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olduğundan biz köməklik edə bilmərik. Koronavirus pandemiyasına görə,
Qazax Rayon İcra Hakimiyyəti prezidentin çağırışına qoşulmur? Yəni prezident
bir illik maaşını koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürür icra başçısı
bir ailəyə yardım etmək gücündə deyil? kimi suallarımızı isə cənab Alıyev cavabsız qoydu.
Zaur Qənbərov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























