• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta jurnalist vəsiqəsi göstərən şəxs saxlanıldı

Saxta jurnalist vəsiqəsi göstərən şəxs saxlanıldı
11.04.2020 12:30
Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.


Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, "Gəncənin Səsi” qəzetində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. 


T.Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. 


Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.


Faktla bağlı araşdırmalar davam etdirilir


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol