• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamı işgəncə ilə qətlə yetirildi

Azərbaycanlı iş adamı işgəncə ilə qətlə yetirildi
23.07.2014 11:53
Üç ay əvvəl yoxa çıxan biznesmenin meyiti çayda avtomobilinin içində tapılıbRusiyanın Volsk şəhərində yaşayan, əslən Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndindən olan iş adamının bu il aprelin 24-də işgəncə ilə öldürülərək avtomobil ilə birgə çaya atıldığı məlum olub.20 ildir, Volsk şəhərində yaşayan 1958-ci il təvəllüdlü Ədilxan Alı oğlu Sərdarovun cəsədi bu günlərdə avtomobilinin içində Volsk çayında tapılıb. Cəsədi çayda çimən uşaqlar təsadüfən görüblər. Meyitin üzərində işgəncə və zorakılıq əlamətlərinin olduğu bildirilir. Məlumata görə, Ə. Sərdarov 3 ay əvvəl yoxa çıxıb. Onun barəsində Volsk şəhər Daxili İşlər İdarəsi axtarış elan edib, bu müddət ərzində aparılan axtarışlar nəticəsiz qalıb. Üç ay keçəndən sonra Ə. Sərdarovun haqqında elan olunan axtarışa xitam verilib, cinayət işi bağlanıb.Ə. Sərdarov meyiti çayda avtomobili ilə birgə tapılandan sonra yenidən cinayət işi başlanıb, araşdırma aparılır.Qeyd edək ki, Ə. Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından olub. Ailəlidir. Bir oğlu, bir qızı və bir nəvəsi var. 

Ə. Sərdarovun meyiti Kəpənəkçi kəndinə gətirilib, bu gün torpağa tapşırılacaq. (APA)

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol