• $
  • €
  • ₽
  • ₺
  • £

Polisə saxta jurnalist vəsiqəsi təqdim edən məktəb direktoru saxlanıldı

Polisə saxta jurnalist vəsiqəsi təqdim edən məktəb direktoru saxlanıldı
11.04.2020 17:03

Koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejimini müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir.  Bu kimi neqativ halların qarşının alınması məqsədi ilə daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a daxil olan məlumata görə, keçirilən növbəti tədbir zamanı Sabirabad rayonu ərazisində yaradılmış postda polis əməkdaşları tərəfindən rayonun Qasımbəyli kənd məktəbinin direktoru Sahib Əsgərov idarə etdiyi "VAZ 2107” markalı avtomobillə karantin qaydalarını pozduğu üçün saxlanılıb. O, polis əməkdaşlarına üzərində "Muğan-Şirvan” qəzetinin baş redaktorunun 1-ci müavini yazılan saxta jurnalist vəsiqəsi göstərərək məsuliyyətdən yayınmağa çalışıb.  S.Əsgərovla aparılan profilaktik söhbət zamanı o, jurnalist fəaliyyəti ilə məşğul olmadığını və vəsiqənin saxta olduğunu etiraf edib. 

Polis əməkdaşları tərəfindən S.Əsgərova saxta jurnalist vəsiqəsi təqdim edən "Suqovuşan” qəzetinin redaktorunun müavini Sabirabad rayon sakini Elçin Nəsibov da müəyyən edilərək polis şöbəsinə gətirilib. O, izahatında "Suqovuşan” qəzetində işləməsinə baxmayaraq, özünün təsis etdiyi "Muğan-Şirvan” qəzetinin saxta vəsiqəsini xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından sui-istifadə edərək tanışı S.Əsgərova təqdim etdiyini bildirib.

Hər iki şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilib  və onlar məhkəmənin qərarı ilə  200 manat məbləğində cərimə edilib.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol