• $
  • €
  • ₽
  • ₺
  • £

Karantin tədbirləri gücləndirilir - Nazirlər Kabinetdindən açıqlama

Karantin tədbirləri gücləndirilir - Nazirlər Kabinetdindən açıqlama
12.04.2020 15:45
Qaydaların daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.
Yenicag.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün son vəziyyətlə bağlı açıqlamasında deyib.
O bildirib ki, indiyə qədər Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur:
"Yoluxmanın artıb-azalma tezliyi spiralvarıdır. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın. Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil.

Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 xüsusi karantin rejimi pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün isə artıq 1 sutka ərzində xüsusi karantin rejimi qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.
İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların xüsusi karantin rejimi qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünütəcridin səmərəsi olacağına inam var idi. Ancaq, bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol