Bu sahədə çalışanlar dövlətdən yardım alacaq

Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.
Bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.
Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır:
M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.
Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində "Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























